“Qırmızıpapaq” tamaşası nümayiş olundu

“Qırmızıpapaq” tamaşası

“Qırmızıpapaq” tamaşası

6 dekabr 2021
# 18:30

“Oyuq” teatr-studiyasının fəalları teatrın 90 illik yubileyi çərçivəsində “Qırmızıpapaq” tamaşası ilə çıxış ediblər.

Kulis.az xəbər verir ki, 4-5 dekabr tarixlərində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının fəalları teatrın 90 illik yubileyi çərçivəsində “Qırmızıpapaq” tamaşası ilə yenidən tamaşaçı qarşısına çıxdılar.

Yeni istedadların da iştirakı ilə müəyyən əlavələrlə ərsəyə gələn səhnə nümunəsinin (müəllif Şarl Perro) səhnələşdirəni Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Birhissəli musiqili uşaq tamaşasında rolları studiyanın yetirmələri Murad Əliyev, İlkin Həsənli, Selcan Xatun, Nazan Qafarova, Zəhra Qafarova, Həcər Abdullayeva, İnci Mustafalı, Hökümə Ağayeva, Aylin Nəcəfli, Nazim Hacıyev və başqaları ifa ediblər.

# 1278 dəfə oxunub

Müəllifin son yazıları

# # #