Məşhur müğənni aktrisalığa başlayır

Məşhur müğənni aktrisalığa başlayır
14 noyabr 2025
# 10:12

Britaniyalı ulduz Adel Las Veqasdakı konsert proqramını başa vurduqdan sonra musiqi fəaliyyətinə fasilə verib.

O, rejissor və dizayner Tom Fordun Anne Raysın “Cry to Heaven” romanı əsasında çəkəcəyi yeni filmində rol alacaq.

18-ci əsr İtaliyasında keçən film operada yüksəlməyi hədəfləyən iki qeyri-adi qəhrəmanın hekayəsini əks etdirir.

Layihədə Kolin Fyert və Nikolas Holt da daxil olmaqla bir çox tanınmış aktyorlar yer alır.

Qeyd edək ki, filmin çəkilişlərinin gələn il başlanacağı, 2026-cı ildə isə nümayişə çıxacağı gözlənilir.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər