Qırğızıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Qırğızıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
18 aprel 2025
# 10:00

Qırğızıstan Respublikasında 21-24 aprel tarixlərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Qırğızıstan Mədəniyyət Nazirliyi məlumat verib.

Tədbir aprelin 21-də Qırğızıstanın Qapar Aytiyev adına Milli Təsviri İncəsənət Muzeyində Azərbaycanın milli irs və incəsənəti il bağlı sərgi ilə açılacağı bildirilir.

Məlumata görə, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində əsas proqramda Qırğızıstanın Alıkul Osmanov adına milli kitabxanasında Azərbaycan ədəbiyyatı güşəsinin açılışı, görkəmli şair Bəxtiyar Vahabzadənin kitabının təqdimatı, Azərbaycan dövlət rəqs ansamblının konserti, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 140 illiyinə həsr olunmuş simfonik musiqi axşamı, habelə milli musiqi alətləri ansamblının konserti və caz musiqi axşamı nəzərdə tutulub.

Qeyd edək ki, sərgidən sonra Azərbaycanlı musiqi sənət ustalarının iştirakı ilə Qala-konsert keçiriləcək.

# 228 dəfə oxunub

Müəllifin son yazıları

# # #