Qərbi Azərbaycanın aşıqlarından bəhs edən konsert təşkil olundu

Qərbi Azərbaycanın aşıqlarından bəhs edən konsert təşkil olundu
24 avqust 2024
# 10:13

Nizami Kino Mərkəzində Qərbi Azərbaycanın ustad aşıqlarının yaradıcılığından bəhs edən konsert keçirilib.

Kulis.az xəbər verir ki, konsert “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Aşıq Ələsgər irsinin tanıdılması” adlı layihəsi çərçivəsində təşkil olunub.

Konsertdə saz-söz həvəskarları, ziyalılar, mədəniyyət xadimləri, QHT və media nümayəndələri iştirak ediblər.

“Aşıq Ələsgər irsinin tanıdılması” adlı layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.


# 929 dəfə oxunub

Müəllifin son yazıları

# # #