Məşhur şairdə xərçəng tapıldı

Məşhur şairdə xərçəng tapıldı
28 iyun 2018
# 10:36

Çağdaş türk şeirinin ən tanınmış imzalarından olan Küçük İskenderə xərçəng diaqnozu qoyulub.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə 54 yaşındakı şair hazırda Bodrumdakı evində müalicə alır.

Küçük İskender sonuncu dəfə “İkinci Waliz” adlı şeir-mətn-gündəlik kitabı ilə oxucularla görüşmüşdü.

Şeir, roman, esse, gündəlik kimi bir çox janrda əsərlər yazan, ilk filmi “Ağır roman” ilə aktyorluq sahəsində də addımlayan Küçük İskender 2000-ci ildə Orhon Murat Arıburnu, 2006-cı ildə Melih Cevdet Anday Şeir Mükafatını qazanıb. 2014-cü ildə Erdal Öz ədəbiyyat mükafatını, 2017-ci ildə Necatigil Şeir Mükafatını qazanıb.

# 1024 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #