Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq

Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq
2 mart 2026
# 17:00

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə martın 4-də Qəbələ şəhər uşaq incəsənət məktəbində ustad dərsləri keçiriləcək.

Kulis.az xəbər verir ki, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan, fortepiano və tar ixtisaslarını əhatə edən ustad dərslərində idarənin tabeliyindəki məktəblərin müvafiq ixtisaslar üzrə müəllim və şagirdlərinin iştirakı nəzərdə tutulur.

Fortepiano ixtisası üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Fortepiano, orqan və klavesin kafedrasının müdiri Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Afaq Rüstəmova, tar ixtisası üzrə ustad dərsi isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq çalğı alətləri ifaçılığı kafedrasının müdiri, Əməkdar müəllim, dosent Umud İbrahimov tərəfindən aparılacaq.

# 50 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər