“Qarınqulu ayı balası”nın Birobican şəhərində premyerası olub

“Qarınqulu ayı balası”nın Birobican şəhərində premyerası olub
21 avqust 2025
# 15:30

Rusiyanın Yəhudi Muxtar Vilayətinin paytaxtı Birobican şəhərinin 44 saylı uşaq bağçasında böyük loqopedik qrup üzvləri azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanın premyerasını təqdim ediblər.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, tərbiyəçi-müəllimə Kseniya Paramonova səhnə əsərinin mətnini loqopedik qrup uşaqlarının imkanlarına uyğunlaşdıraraq əsəri nitq problemi olan uşaqlar üçün adaptasiya edib.

Tamaşada uşaqlar həm yaradıcı bacarıqlarını nümayiş etdiriblər, həm də nitq inkişafı baxımından mühüm praktiki təcrübə qazanıblar.

Layihə həm pedaqoji, həm də mədəni baxımdan böyük maraq doğurub.

Qeyd edək ki, tamaşanı izləyən valideynlər və müəllimlər layihəni yüksək qiymətləndirərək belə mədəni-pedaqoji təşəbbüslərin loqopedik qrup uşaqlarının özünəinamının, ünsiyyət qabiliyyətlərinin və yaradıcılıq potensiallarının artmasında və onların cəmiyyətə daha fəal inteqrasiyasında mühüm rol oynadığını bildiriblər.

# 175 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər