Qarabağ müharibəsi qəhrəmanlarının övladları “Ədibin Evi”ndə

Qarabağ müharibəsi qəhrəmanlarının övladları “Ədibin Evi”ndə
7 yanvar 2024
# 09:33

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ müharibəsində qəhrəmancasına həlak olan hərbiçilərimizin övladları qış tətilində "Ədibin Evi"ni ziyarət ediblər.

Kulis.az xəbər verir ki, “Yaradıcı təfəkkürümüzü inkişaf etdirək” adlı seminarda məktəblilər İçərişəhərdəki “Ədibin Evi”ndə 1929-1940-cı illərdə yaşayan görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın həyat və yaradıcılığı ilə tanış olub, Azərbaycan ədəbiyyatında hekayə janrı barədə müzakirə aparıb, özlərini kiçik hekayə yazılışında sınayıblar.

Seminar iştirakçıları qruplara bölünərək Çin təqvimi ilə bu ilin rəmzi olan “Əjdaha” barədə məzəli hekayə və illüstrasiyalar üzərində işləyiblər. Bütün iştirakçılar “Ədibin Evi”ndən xatirə hədiyyələri ilə ayrılıblar.

# 493 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #