“Qarabağ" muğam qrupu Gəncə Dövlət Filarmoniyasında konsert verdi

“Qarabağ" muğam qrupu Gəncə Dövlət Filarmoniyasında  konsert verdi
29 fevral 2024
# 15:00

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Muğam gecələri" layihəsi çərçivəsində Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam qrupunun konserti baş tutdu.

Kulis.az xəbər verir ki, böyük coşqu və anşlaqla keçən konsert proqramını "Qarabağ" ansamblı müşayiət edib.

Mənsum İbrahimovun Xalq artisti tarzən Elçin Həşimovun, Əməkdər artistlər kamança ifaçısı Elnur Əhmədovun və nağara ifaçısı Kamran Kərimovun müşayiəti ilə təqdim etdiyi Azərbaycan muğamları və xalq mahnıları tamaşaçılar tərəfindən dərin rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Sonda Mənsum İbrahimov gəncəlilərə təşəkkür edərək Gəncənin muğam sənətinə dəyər verən şəhər olduğunu vurğulayıb.

Konsert proqramında, həmçinin Xalq artistinin öz yetirmələri Sədəf Budaqova və Gülzar Fərəcova çıxış ediblər.

Sonda Mənsum İbrahimov torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə, qazilərimizə həsr etdiyi "Zəfər" mahnısını tamaşaçılar ayaq üstə alqışlayıblar.

# 888 dəfə oxunub

Müəllifin son yazıları

# # #