"No war" musiqi festivalı keçiriləcək

"No war" musiqi festivalı keçiriləcək
1 iyun 2022
# 10:13

Bakıda "No war" musiqi festivalı keçiriləcək.

Musiqi festivalının kontingentini əsasən gənclər təşkil edir.

Kulis.az xəbər verir ki, festivalın təşkilatçılarından olan Elnur Əsgərovun sözlərinə görə, festivalın əsas məqsədi gənclərə mədəniyyətimizin təbliği, müxtəlif ölkələrin musiqilərinin tanıdılması və sintezidir.

Daha çox muasir musiqi janrlarına yer verilən festivalda elektronik musiqi diqqət mərkəzində olacaq.

Festival iyunun 4-5-i təşkil olunacaq.

# 468 dəfə oxunub

Müəllifin son yazıları

# # #