“Apokalipsis" filminin aktyoru həbs edildi

“Apokalipsis" filminin aktyoru həbs edildi
17 oktyabr 2025
# 12:45

Amerikalı aktyor Rudi Yanqblad Texas ştatının Belton şəhərində həbs olunub.

Kulis.az xəbər verir ki, polislər “Apokalipsis” filmində rol alan aktyorun ailə üzvünə qarşı “nəfəs almasına və ya qan dövranına mane olan hücum” etməkdə şübhəli bilindiyini təsdiqləyiblər.

Hazırda aktyor həbsdə saxlanılır.

Qeyd edək ki, o, tamamilə yucatek (maya dillərindən biri) dilində çəkilmiş tarixi döyüş filmi “Apokalipsis”də baş qəhrəman "Lapa Yaquar" obrazını canlandırıb.

# 131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər