Plastik tullantılardan yaradılan instalyasiya Eskişehirdə nümayiş etdiriləcək

Plastik tullantılardan yaradılan instalyasiya Eskişehirdə  nümayiş etdiriləcək
29 oktyabr 2025
# 15:00

Türkiyədə - Eskişehirdəki Odunpazarı Modern Muzeyi (OMM) 25 oktyabr 2025 – 22 mart 2026 tarixlərində rumınyalı sənətçi Daniel Knorrun “Calligraphic Wig” adlı instalyasiyasını təqdim edəcək.

Kulis.az xəbər verir ki, plastik tullantılardan yaradılan bu əsər izləyiciləri reallıq, təmsil və fantaziya anlayışlarını yenidən düşünməyə dəvət edir.

Knorr Honq Konqda plastik emal fabriklərində müşahidə etdiyi istehsal proseslərindən ilhamlanaraq, texniki nasazlıqlardan yaranan təsadüfi formaları sənət dilinə çevirib.

Qeyd edək ki. əsər həm estetik, həm də ekoloji mesaj verərək sənaye istehsalı ilə incəsənət arasında yeni əlaqə qurmaq məqsədi daşıyır.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər