Burda cananların duyğusu yoxdur... - Puşkin

Burda cananların duyğusu yoxdur... - Puşkin
14 iyul 2026
# 11:25

Kulis.az görkəmli rus şair Aleksandr Puşkinin "Cavab" şeirini Eyvaz Borçalının tərcüməsində təqdim edir.

Tanıdım, kahinim, tanıdım sizi!

Bir imza atmamış göndərsəniz də

İlməsi naxışlı bu namənizi;

Tanıdım, örtülü hər şux təhnizdə.

İşvəli salamdan, haqdan-nahaqdan

Gülməli görünən yersiz qınaqdan

Canlı kəlmələrin gözəlliyindən,

Bütün deyimlərin özəlliyindən.

Dönüb təkrar-təkrar oxuduqca mən,

Səbirsiz bir nida qopur sinəmdən:

Vaxtdı! Moskvaya! Elə bu saat!

Bu məhzun şəhərdə sönükdür həyat...

Ürəklər daş kimi, dillər soyuqdu,

Burda cananların duyğusu yoxdur;

Gözəl Presniyə yaddı buralar,

Nə ilham pərisi, nə hurisi var.

1830

# 261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər