Pərəstişkarları həyəcanlıdır - Yeni Harri Potter kim olacaq?

Pərəstişkarları həyəcanlıdır - Yeni Harri Potter kim olacaq?
10 sentyabr 2024
# 14:00

İngilis yazıçı J.K. Roulinq tərəfindən 1997-ci ildə yazılan və qısa müddətdə bestsellerə çevrilib ekranlaşdırılan "Harri Potter" roman seriyasının serial versiyasının çəkilmə xəbəri tamaşaçılar arasında böyük həyəcan yaradıb.

Kulis.az xəbər verir ki, çəkilişlərinə 2025-ci ilin aprelində başlaması planlaşdırılan serialda növbəti Harri Potter, Ron Uizli və Hermiona Qrenceri canlandıracaq yeni aktyor üçlüyünün axtarışlarına başlanılıb.

HBO-da yayımlanacaq serial üçün 9-11 yaşlarında İngiltərə və İrlandiyada yaşayan uşaqların axtarıldığı açıqlanıb.

Televiziya adaptasiyası keçən il HBO Max tərəfindən təsdiqlənib. Serialın hər mövsüm Roulinqin yeddi kitabından birinə əsaslanaraq on il davam edəcəyi gözlənilir.

Filmlərdə Harri Potter obrazını canlandıraraq dünya şöhrəti qazanan Daniel Redklif yeni adaptasiyaya baxmaqdan məmnun olacağını, lakin serialda rol almağa o qədər də həvəsli olmadığını bildirib.

# 238 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #