Pop ulduzu vəfat etdi

Pop ulduzu vəfat etdi
20 dekabr 2019
# 10:30

İngilis müğənni və aktyor Kenny Linç 81 yaşında vəfat etib.

Kulis.az xəbər verir ki, bu barədə sənətçinin ailəsi sosial şəbəkədə məlumat verib. Sənətçinin ölüm səbəbi hələki məlum deyil.

Kenni Linç 1938-ci ildə Londonda anadan olub. İngiltərədə pop ulduz kimi şöhrət qazanan ilk qaradərili sənətkarlardandır.

“The Beatles” ilə çıxdığı səfərlərdə daha da məşhurlaşan sənətçi, eyni zamanda qrupun mahnılarından birini – “Misery” mahnısını yenidən özünəməxsus tərzdə səsləndirib. Linç həmçinin bir sıra filmlərdə rol alıb.

# 1532 dəfə oxunub

Müəllifin son yazıları

# # #