Pekin Beynəlxalq Kitab Sərgisində Azərbaycan stendi

Pekin Beynəlxalq Kitab Sərgisində Azərbaycan stendi
20 iyun 2024
# 09:12

30-cu Pekin Beynəlxalq Kitab Sərgisi iyunun 19-da işə başlayıb.

Kulis.az xəbər verir ki, sərgidə ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Çin Xalq Respublikasındakı səfirliyimizin dəstəyi ilə bu il ilk dəfə Pekin Beynəlxalq Kitab Sərgisində milli stendlə təmsil olunur.

Stenddə ölkəmizə dair yeni çap olunan, ümumilikdə, 133 adda 309 nüsxə nəşr nümayiş etdirilir.

Sərgi çərçivəsində Azərbaycanın bir sıra yerli naşirlərinin iştirakı ilə milli stenddə Çin tərəfi ilə əməkdaşlıq görüşləri keçirilir.

Sərginin açılış mərasimindən sonra Azərbaycan nümayəndə heyəti Pekin Milli Kitabxanasında olub, kitabxana ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Səudiyyə Ərəbistanının fəxri qonaq ölkə olduğu Pekin Beynəlxalq Kitab Sərgisi iyunun 23-dək davam edəcək.

# 410 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #