Pedofiliyaya görə həbs olunan sənətçi yandırılaraq dəfn edildi

Pedofiliyaya görə həbs olunan sənətçi yandırılaraq dəfn edildi
24 may 2023
# 11:00

Avstraliyalı şoumen və teleaparıcı Rolf Harris 94 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Şoumen 2022-ci ildə ona diaqnozu qoyulan qırtlaq xərçəngindən vəfat edib. Sənətçi yandırılaraq dəfn edilib.

Rolf Harris 1952-ci ildə televiziya animatoru kimi işləməyə başlayıb. Tezliklə şoumen özünü musiqi sahəsində sınayıb. 1957-ci ildə onun "Tie Me Kangaroo Down, Sport" hiti Böyük Britaniya, Avstraliya və ABŞ-də ön sıraya yüksəlib. 1963-cü ildə sinqlın remeyki ABŞ-da Billboard Hot 100-də üçüncü yerə qədər irəliləyib.

2014-cü ilin iyulunda Harris uşaqlar da daxil olmaqla bir neçə qadına cinsi təcavüzə görə beş il doqquz ay həbs cəzasına məhkum edilib. Şoumen məşhurluğundan istifadə edərək qurbanları susdurmağa çalışıb. Onları onu məhkəməyə verəcəkləri təqdirdə öz nüfuzu ilə də qorxudub. O, BAFTA mükafatından, həmçinin Britaniya İmperiyasının və Avstraliyanın ordenlərindən mərhum edilib.

# 1101 dəfə oxunub

Müəllifin son yazıları

# # #