SSRİ-nin xalq artisti Edita Pyexa xəstəxanaya qaldırılıb.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur müğənni bronxitdən əziyyət çəkir.
Sant-Peterburq xəstəxanasında müalicə görən Edita Pyexa hər şeyin qaydasında olduğunu deyir: “Tezliklə yaxşılaşacam”.
Xatırladaq ki, Edita Pyexa məşhur estrada müğənnisidir, bir neçə dəfə həm yerli, həm də xarici mükafatlara layiq görülüb.