Pavel Durov məhkəmədə dindirildi

Pavel Durov məhkəmədə dindirildi
7 dekabr 2024
# 10:17

Teleqram messencerinin qurucusu Pavel Durov Fransada ona qarşı başladılan iş çərçivəsində ilk dəfə Paris Məhkəməsində ifadə verib.

Kulis.az xəbər verir ki, cümə günü Durov platformanın cinayət fəaliyyəti ilə mümkün əlaqəsi ilə bağlı istintaqa toxunaraq hakim tərəfindən dindirilib.

Durov iki vəkilin müşayiəti ilə yerli vaxtla saat 10:00-da Parisdə məhkəməyə gəlib. O, Fransa ədalətinə güvəndiyini, lakin ona qarşı iş və ittihamlarla bağlı əlavə şərh verməkdən çəkinib.

Qeyd edək ki, Pavel Durov avqustun 24-də Fransanın “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Ona qarşı qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla 6 maddə üzrə ittiham irəli sürülüb.

Durov 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı da qadağan edilib.

# 397 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #