"Klassik incilərimiz" layihəsi: Füzuli yaradıcılığı

"Klassik incilərimiz" layihəsi: Füzuli yaradıcılığı
28 aprel 2020
# 14:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı aprelin 27-də "Klassik incilərimiz" layihəsinin 2-ci həftəliyinə start verib.

İdarədən Kulis.az-a bildirilib ki, bu dəfə orta əsrlər Azərbaycan şairi, mütəfəkkir və filosofu, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri olan Məhəmməd Füzulinin yaradıcılığına müraciət edilib.

Layihənin ilk iştirakçıları 181 nömrəli tam orta məktəbin şagirdləri olublar. Məktəblilər şairin "Meyvələrin söhbəti" şeirini hazırlayaraq kitabxanaya təqdim ediblər.

Qeyd edək ki, əməkdaşlıq üçün başqa kitabxanalara da müraciət edilib. Növbəti günlər onlardan gələn videoslaydlar da kitabxananın “Facebook”, “Instagram” hesablarında öz əksini tapacaq.

Kitabxana maraqlanan izləyiciləri layihəyə qoşulmağa dəvət edir.

# 2211 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #