Portuqaliyanın Braqa şəhərində 11-12 sentyabr tarixlərində Afrika mənşəli mədəni irsi və müasir reallıqları qeyd edən "Paraiso" festivalı baş tutacaq.
Kulis.az xəbər verir ki, müxtəlif kino nümayişləri, qastronomiya və irqçilik əleyhinə müzakirələri əhatə edən festivalın əsas tədbiri "Cesária Évora Orchestra"nın konserti olacaq.
"Çılpaqayaq diva" ləqəbli məhşur müğənni Sezariya Evoranın xatirəsinə həsr olunan gecədə orkestrlə yanaşı, Elida Almeyda, Lusibela və Seuzani kimi ifaçılar səhnəyə çıxacaq.
Tədbir həmçinin Portuqaldilli Ölkələr Birliyinin 30 illik yubiley proqramının bir hissəsidir.
Media
-
Ana səhifə
- Media