Estoniyada “Azərbaycan naxışları” adlı sərgi keçirildi

Estoniyada “Azərbaycan naxışları” adlı sərgi keçirildi
21 iyul 2022
# 10:40

Estoniyanın Tallin şəhərinin Arxitektura və Dizayn Qalereyasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Estoniya Respublikasındakı səfirliyinin dəstəyi ilə “Şuşa İli” çərçivəsində rəssam Rövşən Quliyevin əsərlərindən ibarət “Azərbaycan naxışları” adlı sərgi keçirilib.

Kulis.azxəbər verir ki, tədbirdə Türkiyənin Estoniyadakı səfiri xanım Başak Türkoğlu, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək 2022-ci ilin Azərbaycanda “Şuşa İli” və Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı elan edildiyini bildirib, Şuşa şəhərinin ölkəmizin mədəni həyatında xüsusi əhəmiyyətə malik olduğunu söyləyib.

Sərginin ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edən səfir, rəssam Rövşən Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sərgidə Şuşa və ölkəmizin digər gözəl guşələrini əks etdirən müxtəlif rəsm əsərləri, xalçalar nümayiş etdirilib.

# 1437 dəfə oxunub

Müəllifin son yazıları

# # #