Pablo Pikassonun itkin sayılan tablosu Madriddə tapıldı

Pablo Pikassonun itkin sayılan tablosu  Madriddə tapıldı
24 oktyabr 2025
# 16:55

Məşhur rəssam Pablo Pikassonun itkin sayılan “Gitara ilə natürmort” əsəri İspaniyanın paytaxtı Madrid şəhərində tapılıb.

Kulis.az xəbər verir ki, 1919-cu ilə aid olan və təxminən 600 min avro dəyərində sığortalanmış tablo oktyabrın əvvəlində yoxa çıxmışdı.

Rəsm Qranadada keçirilən “Natürmort. Hərəkətsizliyin əbədiyyəti” sərgisində nümayiş etdirilməli idi.

Polis müəyyən edib ki, əsər paytaxtdan çıxarılmayıb və daşınma zamanı qarışıqlıq nəticəsində itib.

Qeyd edək ki, itkin düşməsi ilə bağlı məlumat İnterpolun beynəlxalq bazasına da daxil edilmişdi.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər