"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar
27 sentyabr 2026
# 12:30

Bu gün tanınmış psixoterapevt, çoxsaylı kitablar müəllifi Albert Ellisin doğum günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Həyatınızın ən yaxşı illəri problemlərinizin özüzünə məxsus olduğuna qərar verdiyiniz illərdir. Siz onları ananıza, ekologiyaya və ya prezidentə bağlamırsınız. Öz taleyinizə özünüz nəzarət etdiyinizi anlayırsınız.

Bizi geri çəkən üç vacib tələb var: Mən yaxşı etməliyəm. Sən mənə yaxşı davranmalısan. Və dünya asan olmalıdır.

Hətta ədalətsizliyin də müsbət tərəfləri var. O, mənə ədalətsiz dünyada bacardığım qədər xoşbəxt olmaq çağırışını verir.

Qəbul etmək sevgi deyil. İnsanları sevirsən, çünki onların sevimli cəhətləri var, amma hər kəsi sadəcə canlı və insan olduqları üçün qəbul edirsən.

Sevgi əsasən inadkarlıq sənətidir.

Emosional cəhətdən yetişmiş fərd tamamilə qəbul etməlidir ki, biz heç bir mütləq əminliyin olmadığı və ola da bilməyəcəyi ehtimal və təsadüf dünyasında yaşayırıq. O, başa düşməlidir ki, belə ehtimallı və qeyri-müəyyən dünya heç də dəhşətli deyil, əksinə...

Özünə məcburiyyətlər yükləməyi dayandır.

Həyat həqiqətən də çətindir, çünki qismən sağ qalmaq üçün öhdəsindən gəlməli olduğumuz gerçək çətinliklər, qismən də həmişə daha yaxşısını etmək, yeni çağırışların öhdəsindən gəlmək və özünü reallaşdırmaq üçün daxili arzumuz mövcuddur. Xoşbəxtlik hansısa şeylərə nail olmaqda deyil, əsasən məqsədə doğru irəliləməkdə hiss olunur, çünki təbiətimiz həmişə növbəti səyə doğru irəliləmək istəyir.

Çoxları xoşbəxtliyi xarici hadisələrin və ya şərtlərin yaratmadığının fərqində deyil; əksinə, müsbət emosiyaları yaradan və ya məhv edən hadisələrə və özümüzə olan baxışımızdır.

Axı bütün dinlər əslində budur: uşaqsayağı asılılıq.

İnsanların fərqində olmadıqları motivləri və düşüncələri olur.

Çox vaxt emosiya adlandırdığımız şey müəyyən bir növ — qərəzli, birtərəfli və ya güclü qiymətləndirici düşüncədən başqa bir şey deyil.

Əgər yaxşı çıxış etməyə üstünlük verirsinizsə və başqaları tərəfindən qəbul olunmaq istəyirsinizsə, deməli, uğursuz olacağınızdan və rədd ediləcəyinizdən narahatsınız. Sizin sağlam narahatlığınız sizi səriştəli və nəzakətli olmağa sövq edir. Ancaq qəti şəkildə inanırsınızsa ki, hər şəraitdə mütləq yaxşı çıxış etməlisiniz və başqaları tərəfindən qəbul olunmalısınız, onda əgər güman etdiyiniz kimi yaxşı çıxış edə bilməsəniz, özünüzü – bəli, məhz özünüzü çaxnaşmaya salacaqsınız.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər