Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu  keçirilir
27 iyun 2024
# 16:49

Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilir.

Kulis.az xəbər verir ki, 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumun məqsədi özbək milli maqom sənətinin nadir nümunələrini qoruyub saxlamaq, inkişaf etdirmək və beynəlxalq səviyyədə təbliğ etmək, eləcə də xalqlar arasında dostluğu və yaradıcı əməkdaşlığı genişləndirməkdir.

Özbəkistanın 14 regionunun mədəniyyət nümunələrinin yer aldığı pavilyonlarda müxtəlif səpkili sərgilər keçiriləcək.

İyunun 30-da II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq.

Qeyd edək ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci ildə Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunub və ölkəmizi təmsil edən “Muğam” instrumental qrupu birinci yeri qazanıb.

# 427 dəfə oxunub

Müəllifin son yazıları

# # #