“Oskar”dakı insidentdən sonra U.Smit psixoloji yardım alır

“Oskar”dakı insidentdən sonra U.Smit psixoloji yardım alır
6 may 2022
# 10:00

Amerikalı aktyor Uill Smit “Oskar” mərasimində komediya ustası Kris Rok ilə münaqişədən sonra kömək üçün psixoloqa müraciət edib.

Kulis.az “iz.ru”ya istinadən xəbər verir ki, aktyor Kris Rok ilə mübahisə etdikdən sonra psixoloji yardım almağa başlayıbmış.

Xatırladaq ki, Uill Smit “Oskar” mərasimində komediya ustası Kris Rokun onun xanımı ilə bağlı zarafatından sonra səhnəyə çıxaraq aparıcıya yumruq ilişdirmişdi. Daha sonra U.Smit komediyaçıdan üzr istəyib. O qeyd edib ki, ona ünvanlanan zarafatlara qulaq asmaq aktyorun işinin bir hissəsidir, lakin həyat yoldaşının səhhətinin vəziyyəti ilə bağlı zarafat onun üçün dözülməz olub və canlı emosional reaksiyaya səbəb olub.

Martın 31-də Kino Sənətləri və Elmləri Akademiyası aktyora qarşı nalayiq davranışa görə intizam işi başlatdı. Qeyd olunub ki, aprelin 18-də şuranın iclası keçirilməli idi və bu iclasda Smitin Akademiyaya üzvlüyünün dondurulması və ya ləğv edilməsi barədə qərar qəbul edilə bilər.

# 1214 dəfə oxunub

Müəllifin son yazıları

# # #