Oskar mükafatlarına qoyulan yeni qaydalar etirazlara səbəb oldu

Oskar mükafatlarına qoyulan yeni qaydalar etirazlara səbəb oldu
22 iyun 2023
# 16:00

1929-cu ildən bəri kino dünyasının ən nüfuzlu mükafatlarından olan Oskar mükafatları üçün yeni qaydalar tətbiq edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara görə, Oskarda “Ən yaxşı film” nominasiyasına namizəd olacaq filmlərdə müxtəlif etnik mənsubiyyətli və fiziki məhdudiyyətli aktyorların yer alması şərti qoyulub.

Bu qayda 2024-cü ildən tətbiq olunacaq.

Kino Sənəti və Elmləri Akademiyasının bu qərarı bəzi dairələrin etirazına səbəb olub.

Rejissorlardan biri "The Post"a açıqlamasında yeni qaydanı gülünc adlandırıb: “Mən müxtəlifliyin tərəfdarıyam, amma aktyor seçimində səni müəyyən qrupa aid olan insanları seçməyə məcbur etməməlidirlər. Bu, bütün prosesi korlayır. Niyə seçimlərimizə məhdudiyyət qoyursunuz? Bu, dəlilikdir”.

Qeyd edək ki, bu günə qədər Oskarda “Ən yaxşı film” mükafatı alan bir çox film bu kriteriyalara uyğun gəlmir.


# 1008 dəfə oxunub

Müəllifin son yazıları

# # #