“Oskar” mərasiminin bir neçə aparıcısı ola bilər

"Oskar" mükafatları

"Oskar" mükafatları

25 yanvar 2022
# 18:10

Son üç ildə “Oskar” mərasimi aparıcısız keçirilsə də, bu dəfə fərqli olacaq.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, Kino Sənətləri və Elmləri Akademiyası bu il tədbirin daha ənənəvi formatda keçiriləcəyini açıqlayıb. “Variety” nəşrinin məlumatına görə, artıq bir neçə məşhur 94-cü “Oskar” mərasiminə aparıcılıq etmək üçün dəvət olunub.

Qeyd edilib ki, hazırda müzakirələr ilkin mərhələdədir və hələ konkret qərarlar qəbul edilməyib. Son sözü “ABC” şəbəkəsi, Akademiya və prodüser Vilyam Paker deyəcək. “Variety” mərasimin aparıcısı ola biləcək ulduzların adlarını da çəkib: “Dueyn Conson, Kevin Hart, Cimmi Kimmel və Tiffani Haddişin bu vəzifəni tutmaq ehtimalı azdır, Tina Fey, Emi Poler və Maya Rudolfun isə fəxri yeri tutmağa şansı daha çoxdur”. “Variety”nin məlumatına görə, şounun aparıcısı daha böyük ehtimalla “Eyni binada ancaq qətllər” serialının ulduzları – Stiv Martin, Martin Şort və Selena Qomez ola bilər.

“Oskar” mərasiminin son dəfə aparıcısı məşhur Kimmel olub və bu dəfə mərasimə birdən çox ulduz gətirmək qərarı məntiqli görünür. Bu, müxtəlif auranın köməyi ilə tamaşaçıların bir neçə təbəqəsinə ulaşmağa və tədbirin əhatə dairəsini artırmağa imkan verəcək.

Xatırladaq ki, növbəti “Oskar” mükafatlarının təqdimat mərasimi martın 27-də keçiriləcək.

# 1292 dəfə oxunub

Müəllifin son yazıları

# # #