Bakıda “Nürnberq” filminin premyerası baş tutdu

Bakıda “Nürnberq” filminin premyerası baş tutdu
5 sentyabr 2023
# 15:10

Bakıdakı Rus Evində Rusiyanın Hərbi Şöhrət Günü münasibətilə rejissor Nikolay Lebedevin “Nürnberq” filminin premyerası olub.

Kulis.az xəbər verir ki, filmin nümayişindən əvvəl Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov tamaşaçıları salamlayıb. Premyeraya gələnlər arasında diplomatik korpusun nümayəndələri, iş adamları, yaradıcı ziyalılar olublar.

2023-cü ildə lentə alınmış “Nürnberq” filmi nasist Almaniyası elitasının beynəlxalq tribunalın qarşısına çıxdığı və məhkum olunduğu məşhur proses haqqında çəkilən ilk bədii filmdir. Bu ekran əsərində müxtəlif ölkələrdən olan aktyorlar iştirak edirlər, lakin baş rollarda Rusiyanın kino ulduzları çəkiliblər. Onların arasında Sergey Bezrukov, Lyubov Aksyonova, Yevqeni Mironov, İqor Petrenko var.

Azertac

# 975 dəfə oxunub

Müəllifin son yazıları

# # #