“Oppenheimer” filmində növbəti tarixi təhrifə yol verildiyi iddia olunur

“Oppenheimer” filmində növbəti tarixi təhrifə yol verildiyi iddia olunur
29 iyul 2023
# 14:20

Atom bombasının atası kimi tanınan Robert Oppenheymerin nəvəsi “Oppenheimer” filmində məşhur fizikin həyatının təhrif olunduğunu qeyd edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Çarlz Oppenheymer filmdə yer alan zəhərli alma səhnəsinin doğru olmadığını söyləyərək, bir neçə səhnənin etibarlılığına dair şübhələrinin olduğunu qeyd edib.

“Bu həqiqətən də ciddi ittiham və tarixin təhrifidir. Bu barədə Robertin heç bir dostu, hətta düşməni bu hadisənin baş verdiyini deməyib. Ekran əsərinin həmin səhnəsində müəllimi ilə arasında olan gərgin mübahisədən sonra Robertin stolun üstünə kalium sianidlə zəhərlənmiş alma qoyması göstərilir. Kristofer Nolan burada illərdir danışılan əsassız söz-söhbətə istinad edib. Halbuki filmi ərsəyə gətirənlər belə bir hadisənin həqiqətən baş verib-vermədiyindən əmin deyillər”, - deyə fizikin nəvəsi bildirib.

# 864 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #