"O qadın ki, ərə gedir, fiqurası üçün uşaq doğmur..." - Xalq artistindən etiraz

"O qadın ki, ərə gedir, fiqurası üçün uşaq doğmur..." - Xalq artistindən etiraz
15 iyun 2023
# 16:37

Afaq Bəşirqızı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ailələrində 5 uşaq olması ilə bağlı çağırışına münasibət bildirib.

Kulis.az Pravda-ya istinadən xəbər verir ki, aktrisa da çoxuşaqlı ailələrin tərəfdarıdır:

"Uşaq vətən deməkdir. Vətəni yaşatmaq üçün isə onun əhalisi olmalıdır. Əlbəttə, sosial təminat barədə nəsə fikirləşməliyik. Düzdür, çətindir, amma mütləq "uşaqpulu" məsələsi həll olunmalıdır. Uşaqlı ailələrə mütləq kömək lazımdır. Təkcə dövlət yox, bu işlə hamımız maraqlanmalıyıq. Lazımdırsa, kömək etməliyik, hansısa bir şeylərə əl atmalıyıq ki, bizim uşaqlarımız firəvan, ac qarınla yox, tox qarınla böyüsünlər. Əlbəttə, belə halda valideynlər də çox uşaq istəyərlər".

A.Bəşirqızı "bəzi xanımlar fiquraları pozulmasın deyə uşaq doğmurlar" fikrinə isə belə reaksiya verib:

"Fiqura qorumaqla ailə olmur. Onlara "ailə" deməzlər. Onlar həftəlikdirlər. O adam ki ərə gedib, istəyir fiqurası yaxşı olsun, uşaq da doğmur, onun ailə həyatı ancaq həftəlik ola bilər. Mən belə şeyə razılıq vermirəm. Belə ailə olacağına da inanmıram".

# 1040 dəfə oxunub

Müəllifin son yazıları

# # #