Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar davam etdirilmir.
Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Nuridə Allahyarova “facebook”da paylaşım edib.
O bildirib ki, Azərbaycan Dövlət Kukla Teatrında yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb: "Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.