Dözümlü xalqıma heykəl qoyulsun - Günün şeiri

Xalq şairi Söhrab Tahir

Xalq şairi Söhrab Tahir

4 may 2023
# 13:17

Bu gün Xalq şairi Söhrab Tahirin anım günüdür. Kulis.az bu münasibətlə onun "Öləndə" adlı şeirini təqdim edir.

Öləndə…

Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın,
Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,
Şair torpağıma quylanacağam.
Vətən birləşəndə,
Xalq birləşəndə,
Mən də öz qəbrimdən boylanacağam.

# 1660 dəfə oxunub

Müəllifin son yazıları

# # #