"Teatrda rollar əmioğlu, dayıoğlu prinsipi ilə verilməməlidir".
Kulis. az APA - ya istinadən xəbər verir ki, bunu Xalq artisti Nurəddin Mehdixanlı "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.
Xalq artisti teatrlarda rolların ədalət prinsipinə əsaslanmalı olduğunu deyib: "Teatrların özlərinin kommersiya layihələri olmalıdır. Üstəlik, böyük iş adamları və orqanları ilə əməkdaşlıqlar edilməlidir".
Xalq artisti fəxri adlar və mükafatların yaşa görə yox, işə görə verilməsini də tövsiyə edib.