"Nobel qardaşları" kitabının təqdimatı oldu

"Nobel qardaşları"  kitabının təqdimatı oldu
16 noyabr 2023
# 17:40

Nobel qardaşlarının Azərbaycandakı irsinin 150-ci ildönümü münasibətilə "Nobel qardaşları" adlı kitabın təqdimatı və sözügedən kitab əsasında çəkilmiş filmin nümayişi olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, təqdimatı Nobel qardaşlarının ev muzeyində baş tutan kitabın müəllifi isveçli yazıçı və tarixçi Benqt Yanqfeldtdir.

Kitab əsasında çəkilən filmin rejissorları isə Tobias Brinqholm və Daniel Ottosondur.

İsveçin Azərbaycandakı səfiri Tobias Lorenzson 1873-cü ildə Robert Nobelin ilk dəfə Azərbaycana səfər etməsindən sonra burada neft sənayesinin inkişafı, eləcə də Azərbaycan və İsveç arasında ikitərəfli münasibətlərin əsasının qoyulmasından danışıb.

Səfir Azərbaycanda Nobel qardaşlarının irsinin qorunub saxlanması istiqamətində mühüm təşəbbüs kimi kitabın Azərbaycan dilinə tərcüməsi, eləcə də sənədli filmin çəkilməsini qeyd edib.

Kitabın müəllifi Benqt Yanqfeldt kitabı yazarkən, araşdırmalar apararkən qarşılaşdığı maraqlı məqamlar barədə ətraflı söz açıb.

Daha sonra film nümayiş edilib və qonaqlar arasında müzakirə həyata keçirilib.

# 792 dəfə oxunub

Müəllifin son yazıları

# # #