Xalq şairinin yeganə oğlu vəfat etdi

Xalq şairinin yeganə oğlu vəfat etdi
29 iyun 2026
# 07:06

Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov məlumat verib.

O bildirib ki, 80 yaşlı Azad Rüstəmzadə bu gün dəfn edilib.

Qeyd edək ki, Azad Rüstəmzadə Xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi.

O, 1946-cı ildə anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub.

Uzun illər Azərbaycan Elmlər Akademiyasında çalışan Azad Rüstəmzadə 1989–2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər