Nizami Gəncəvinin anım gününə həsr edilən konfrans keçirilib

Nizami Gəncəvinin anım gününə həsr edilən konfrans keçirilib
15 mart 2024
# 09:01

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin, eləcə də Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə dahi mütəfəkkir Nizami Gəncəvinin anım gününə həsr edilən konfrans keçirilib.

Kulis.az xəbər verir ki, "Nə qədər şair var, söz var, şeir var..." adlı tədbirdən əvvəl ulu Nizaminin məqbərəsi ziyarət olunub, qəbri üzərinə tər çiçəklər düzülüb.

Qonaqlar Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən "Könüllü teatr" ın gənc istedadlarının ifasında Nizami Gəncəvinin "Xəmsə" qəhrəmanlarının hikmətli səhnələrini, eləcə də məktəblilərin əl işlərindən ibarət sərgini izləyiblər.

Tədbirdə həmçinin samuxlu gənclərin "Könüllü teatr" ının yarandığı andan keçən dörd il ərzində Nizami Gəncəvinin yaradıcılığı üzrə tamaşaçılara təqdim etdikləri səhnələrdən yığılmış videoçarx da maraqla izlənib. Eləcə də Samux rayonunun Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimlərinin və onların yetirmələrinin ifasında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş klassik musiqiləri inclərimiz səslənib.

# 524 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #