Tbilisidə Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalı keçirildi

Tbilisidə Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalı  keçirildi
23 oktyabr 2024
# 09:23

Tbilisi Konservatoriyasının konsert zalında Tbilisi Uşaq və Gənclər Etnoqrafik Ansamblları Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, Tbilisi şəhər Bələdiyyə Məclisinin təşkilatçılığı ilə keçirilən Festivalda müxtəlif mədəniyyətləri təmsil edən xor və orkestrlərlə yanaşı, Gürcüstandakı soydaşlarımızdan ibarət “Meydan” Aşıqlar Qrupu da təmsil olunub.

“Meydan” Aşıqlar Qrupu tamaşaçılar qarşısında aşıq sənətinin nümunələrini ifa edib.

Festivalın sonunda təltifetmə mərasimi olub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirin təşkilinə görə Tbilisi şəhər Bələdiyyə Məclisinə təşəkkürünü bildirib.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

# # #