"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova
29 aprel 2024
# 17:42

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adını çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm".

Kulis.az xəbər verir ki, bunu Xalq artisti Ceyran Haşımova "O üz" verilişinə müsahibəsində deyib.

Tarzən Xalq artisti Nisə Qasımovaya və mərhum Əməkdar artist Nəzakət Məmmədovaya haqqını halal etmədiyin vurğulayıb:

"Nisə Qasımova bəstəkar Ələkbər Tağıyevin köməyi ilə öz istədiyinə nail oldu. Bunu inkar etmək olmaz. Nisə mənim ən çox sevdiyim müğənni olub. Mən ona halallıq vermirəm. Səni mən Zeynəb Xanlarovanın (Xalq artisti - red.) xahişi ilə Ələkbər Tağıyevin yanına aparmışam.

Nisədən sonra ən böyük nankorluğu mənə Nəzakət Məmmədova edib. Onun haqqında dastan belə deyə bilərəm. Ceyhun adında övladı oldu. "Lalə" qızlar ansamblının üzvləri xəstəxanadan onun övladını çıxarıb evə gətirdilər. Biz belə mehriban və bir olmuşuq. Amma o, nankorluq etdi. Nəzakət gizlincə başqa musiqi heyətinə getdi və bu haqda mənə heç nə demədi. Zamanında mən onu özüm xaric etmişəm ansamblımızdan. Dedim ki, sabahdan ansambla gəlmə. Səninlə bizimki qurtardı.

Çox təəssüf edirəm ki, mənim ifaçılarımdan heç biri yolumu davam etdirmədi. Çətin yoldur. Amma istərdim ki, "Lalə" qızlar ansamblı həmişə yaşasın".

Axşam.az

# 1835 dəfə oxunub

Müəllifin son yazıları

# # #