Turnerin tablosu 30 min funta satılacaq

Turnerin tablosu  30 min funta satılacaq
15 mart 2024
# 12:59

100 funta alınan köhnə akvarel tablonun rəssam Cozef Mallord Uilyam Turnerə məxsus olduğu açıqlanıb.

Kulis.az xəbər verir ki, "Turner Collection"un keçmiş direktoru Uilton Teyt əsərin, həqiqətən də Turnerə aid olduğunu təsdiqləyib.

Qeyd edək ki, martın 20-də Kembricdə hərraca çıxarılacaq tablonun 30 min funta satılacağı gözlənilir.

# 576 dəfə oxunub

Müəllifin son yazıları

# # #