Gənclər üçün yeni layihəyə start verildi

Gənclər üçün yeni layihəyə start verildi
26 aprel 2021
# 16:09

“Davam” Gənclər Hərəkatı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində yeni bir layihəyə start verilib.

Kulis.az xəbər verir ki, asudə vaxtını səmərəli təşkil etmək istəyən gənclər həftədə iki dəfə olmaqla baş tutacaq “Rəngli əllər – asudə vaxtın səmərəli təşkili” adlı layihə çərçivəsində həyata keçirilən ustad dərslərinə dəvət olunur.

Bu layihə gənclərin yaradıcılıq potensialının ortaya çıxması üçün bir fürsətdir. Gəlin birlikdə sehrli incəsənət aləminə enək və fırçanın gücü ilə xəyal dünyamızı rəngləndirək.

# 1842 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #