Rusiyalı kinorejissor Nikita Mixalkov reanimasiyadan adi palataya köçürülüb.
Kulis.az xəbər verir ki, 77 yaşlı Mixalkovun vəziyyəti hazırda qənaətbəxş sayılır. Həkimlərin sözlərinə görə, onun səhhəti yaxşılaşıb, hərarəti və təzyiqi normala dönüb. Lakin ağciyərlərinin bütün hissələri zədələndiyindən rejissor hələ də nəfəs almaqda çətinlik çəkir və öskürür.
Qeyd edək ki, Nikita Mixalkov 5 yanvar 2023-cü ildə xəstəxanaya yerləşdirilmişdi.