Bu gündən Bakının Nərimanov parkında yaz sərgisi başlayır.
Kulis.az xəbər verir ki, “Qanun” Nəşrlər Evinin təşkil etdiyi sərgidə müxtəlif adda və mövzuda, müxtəlif yaş həddinə uyğun kitabları xüsusi endirimlə əldə etmək mümkün olacaq.
Sərgi mayın 5-nə qədər hər gün 10.00-dan 20.00-a qədər fəaliyyət göstərəcək.
Sərgi çərçivəsində müəlliflərin imza günləri də nəzərdə tutulur.