Bakıda Polşa kino günləri olacaq

Bakıda Polşa kino günləri olacaq
29 avqust 2022
# 13:20

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Visla” Polyak Film Festivalıyla əməkdaşlıq çərçivəsində “Polşa kino günləri”nə start verib.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində sentyabrın 6, 13, 20, 27-də “Azərbaycan CinemaPlus”da “Balkondan”, “Məsihin bədəni”, “Antiqəhrəman”, “İzlər qalmasın deyə” filmləri nümayiş olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, Polşa kinosu Avropada həmişə ön mövqelərdə olub və ən yeni Polşa filmlərinin nümayişi həm tamaşaçılarımız, həm də kinematoqrafçılarımız üçün əlamətdar hadisədir. Proqrama seçilən filmlər həm təsirliliyi, həm təsvir həlli, həm də güclü dramaturgiyası ilə seçilir.

# 1476 dəfə oxunub

Müəllifin son yazıları

# # #