Nebahat Çehrenin səhhəti ilə bağlı son açıqlama

Nebahat Çehrenin səhhəti ilə bağlı son açıqlama
8 may 2024
# 13:30

Bir müddət əvvəl halı pisləşərək xəstəxanaya yerləşdirilən aktrisa Nebahat Çehrenin ürəyinə stent taxılıb.

Kulis.az xəbər verir ki, sənətçinin bir gecə xəstəxanada qaldığı öyrənilib.

Meneceri Selçuk Kaya jurnalistlərə açıqlamasında aktrisanın vəziyyətinin yaxşı olduğunu deyib:

"Dəyərli aktrisamız Nebahat Çehrenin vəziyyəti yaxşıdır. Evində dincəlir. Zəng edib soruşan hər kəsə təşəkkürümüzü bildiririk. İnşallah, tezliklə yeni layihələr təqdim edəcəyik..."

Qeyd edək ki, Nebahat Çehre “Eşqi-məmnu”, “İyun gecəsi”, “Yalnız adam”, “Möhtəşəm yüz il”, “Günəşdəki ləkə” kimi film və serriallardakı rolları ilə tanınır.

# 956 dəfə oxunub

Müəllifin son yazıları

# # #