Hollivud aktyorları İsrail-Fələstin münaqişəsi ilə bağlı Baydenə müraciət etdi

Hollivud aktyorları İsrail-Fələstin münaqişəsi ilə bağlı Baydenə müraciət etdi
23 oktyabr 2023
# 11:35

Hollivud aktyorları İsrail-Fələstin münaqişəsi ilə bağlı ABŞ prezidenti Co Baydenə müraciət ünvanlayıblar.

Kulis.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Baydendən yaranmış münaqişənin bitməsinə kömək etməyi xahiş edib, eyni zamanda münaqişədən zərərçəkənlərə humanitar yardım göndərilməsini istəyiblər.

Müraciəti 55 aktyor imzalayıb. Onların arasında Keyt Blanşett, Con Stüart, Kristen Stüart, Susan Sarandon, Riz Əhməd və başqa məşhurlar olub.

# 636 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #