Nazir: "Qarabağa kitab mədəniyyətinin qaytarılmasında vətəndaşların dəstəyinə ehtiyac var"

Nazir:  "Qarabağa kitab mədəniyyətinin qaytarılmasında vətəndaşların dəstəyinə ehtiyac var"
11 noyabr 2023
# 12:20

"30 illik işğal dövründə işğal altında olan kitabxanalarımız, kitab fondumuz ermənilər tərəfindən ciddi zədələrə məruz qalıb".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında mədəniyyət naziri Adil Kərimli deyib.

"Ümumilikdə 927 kitabxana, 5 milyona yaxın kitab fondu işğal altında olan zaman Qarabağda tamamilə məhv edilib", - nazir deyib.

Adil Kərimli Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər bir vətəndaşın dəstəyinə ehtiyac olduğunu əlavə edib.

Nazir deyib ki, kitab sənayesinin dəstəklənməsi üçün Azərbaycan dövləti çoxşaxəli fəaliyyət həyata keçirməkdədir.

"Bu istiqamətdə naşirlərlə görüşlərin keçirilməsi, kağızın idxalının, istehsalının ƏDV-dən azad olunması buna bir nümunədir", - nazir əlavə edib.

Adil Kərimli Azərbaycanın bu cür beynəlxalq sərgilərin təşkilatçısı kimi nümunəvi dövlətlərdən biri olduğunu vurğulayıb:

"Bütün bunlar gənc nəslin formalaşmasında, kitaba sevgisinin yaranmasında ciddi təkanverici vasitələrdir".

# 858 dəfə oxunub

Müəllifin son yazıları

# # #