"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi
13 iyun 2026
# 16:00

Tanınmış latviyalı kinoaktyor Paul Butkeviç 85 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə LSM xəbər portalı məlumat yayıb.

Aktyor postsovet məkanında daha çox sovet kino layihələrində, o cümlədən "Baharın 17 anı" və "Qardemarinlər, irəli!" çoxseriyalı filmləri ilə məşhurluq qazanıb. O, həmçinin "Dyunalarda uzun yol", "Yarımçıq qalmış şam yeməyi", "İlğım" filmlərində və digər ekran əsərlərində çəkilib.

Butkeviç karyerası ərzində müxtəlif ölkələrin kino istehsalında iştirak edib, 150-dən çox tammetrajlı film və televiziya layihələrində çıxış edib.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər