Naxçıvan Mədəniyyət Nazirliyinin strukturu dəyişdi - Regional idarələr yaradıldı

Naxçıvan Mədəniyyət Nazirliyinin strukturu dəyişdi - Regional idarələr yaradıldı
12 noyabr 2025
# 12:44

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin strukturu dəyişib, regional idarələr yaradılıb.

Kulis.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanına əsasən MR Mədəniyyət Nazirliyi haqqında Əsasnamə və Nazirliyin strukturu təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:

1. Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi;
2. Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi;
3. Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında Culfa Regional Mədəniyyət İdarəsi.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik) muxtar respublikada mədəniyyət, incəsənət, tarix və mədəniyyət abidələrinin qorunması sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

APA

# 78 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər