Musiqiçi Mark Kotlyar vəfat etdi

Musiqiçi Mark Kotlyar vəfat etdi
12 may 2023
# 15:40

Şair və musiqiçi Mark Kotlyar 48 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sənətçinin yaxınları sosial şəbəkədə məlumat verib.

Kotlyar ağır xəstəliklə uzun sürən mübarizədən sonra İsraildə vəfat edib.

Musiqiçi karyerasına 2007-ci ildə başlayıb. “Xalq prodüseri” layihəsində iştirak etdikdən sonra populyarlıq qazanıb.

Kotlyar seriallar üçün mahnılar yazıb, ssenarist olub. 2013-cü ildə TNT Comedy telekanalının Battle layihəsində iştirak edərək, "Cazçılar və Kamazçılar" mahnısını ifa edib. Sənətçi özünü “Biz Rostovdanıq” serialında aktyor kimi də sınayıb.

В Израиле в 48 лет умер российский актер и музыкант Марк Котляр | KPIZ.ru

# 957 dəfə oxunub

Müəllifin son yazıları

# # #